Donetskin mərkəzi kaset bombalarından atəşə tutulub
Rusiya Müdafiə Nazirliyi Donetskin mərkəzinin Ukrayna tərəfindən kaset bombalarından atəşə tutulması barədə məlumat yayıb. Məlumata görə, zərbələrin endirilməsi gecəboyu davam edib. Zərbələr əsasən Donetskin Kiyev və Voroşilovski rayonlarının yaşayış məntəqələrinə endirilir.
Rusiyanın hərbi müxbirlərinə görə, bir çox kassetlər zərbədən sonrakı xarici təsirlərin nəticəsində partlayır.
Bir neçə gün əvvəl partlamamış kasetlərin sonradan xarici təsirlərə məruz qalaraq işə düşməsi nəticəsində şəhərin mənzil-kommunal təsərrüfatının 3 nəfər işçisi bir andaca həlak olub.
Əziz Mustafa
Digər xəbərlər



















































































