Medvedevin oğlu və Putinin qohumu Aİ-nin yeni sanksiyaları altındadır

Medvedevin oğlu və Putinin qohumu Aİ-nin yeni sanksiyaları altındadır

19 Dekabr 2023 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

Aİ-nin yenilənmiş sanksiyalar siyahısına Rusiyanın keçmiş prezidenti Medvedevin oğlu və hazırkı Rusiya prezidenti Vladimir Putinin əmisi qızı daxildir.

Bu barədə Deutsche Welle məlumat yayıb.

Dmitri Medvedevin oğlu İlya Rusiya dövlətinin sakinlərinə Rusiya dövlət xidmətləri göstərən “Mən “Rusiyadayam” layihəsinə görə Aİ-nin qara siyahısına düşüb.

Siyahıda Putinin “Vətən Müdafiəçiləri” dövlət fonduna rəhbərlik edən əmisi qızı Anna Tsivileva da var. Fondun özünə də məhdudiyyətlər qoyulub.

Sanksiya siyahısına “Tsargrad” və “Spas” telekanalları, “Rosfinmonitorinq”, “Alfa Sığorta” qrupu və Rusiya Mərkəzi Seçki Komissiyasının 14 üzvü daxil edilib. Ümumilikdə 61 fiziki və 86 hüquqi şəxsə qarşı sanksiya tətbiq edilib.

Oxuməni.az