Moskva məhkəməsi Qırğızıstandan aparılan rusiyalı fəalı iki il müddətinə azadlıqdan məhrum edib
“İnsan Haqları Uğrunda” hərəkatının keçmiş mətbuat katibi Alena Krılova iki il müddətinə azadlıqdan məhrum edilib. TASS xəbər verir ki, bu barədə Moskvanın Meşçanski Məhkəməsi qərar verib.
Krılova Rusiya Federasiyasında ekstremist kimi tanınan “Sol Müqavimət” təşkilatının işində günahkar hesab edilib. O, Rusiya Cinayət Məcəlləsinin 282.1-ci ("Ekstremist birlikdə iştirak") maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib.
“Krılova 6 ay müddətinə azadlığı məhdudlaşdırılmaqla ümumi rejimli islah koloniyasında çəkilməsi üçün iki il müddətinə azadlıqdan məhrum edilib”, - deyə məhkəmənin açıqlamasında bildirilir.
Sol Müqavimət hərəkatına qarşı iş 2021-ci ildə açılıb. 2022-ci ilin dekabrında təşkilatın lideri Daria Polyudova ekstremist icma yaratmaq maddəsi ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Krılova da daxil olmaqla daha beş fəal bu işdə qadağan olunmuş hərəkatın iştirakçısı kimi ittiham olunub. Krılova Qırğızıstana gedib. 2023-cü ilin iyununda o, saxlanılaraq Bişkekdəki 1 saylı istintaq təcridxanasına yerləşdirilib və sonra Rusiyaya ekstradisiya edilib.
Oxuməni.az