Vladimir Putinin xaricə səfərləri azalıb
Ukraynaya qarşı təcavüzə başlayandan sonra Rusiya prezidenti Vladimir Putinin xarici ölkələrə səfərləri azalıb. Buna səbəbin onun həyatına sui-qüsd ediləcəyi qorxusu olduğu ehtimal edilir. Bu baxımdan yaxın vaxtlarda Braziliyada keçirilməsi nəzərdə tutulan G20 sammitində də Putinin iştirak edib-etməyəcəyi məlum deyil.
Bununla bağlı jurnalistlərə açıqlama verən Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib ki, hələlik belə bir məsələ nəzərdən keçirilməyib. Onun sözlərinə görə, Putinin G20 sammitində iştirak edib-etməyəcəyi Braziliya hökumətinin onun təhlükəsizliyinə hansı səviyyədə verəcəyi qarantiyadan asılı olacaq
Oxuməni.az
Digər xəbərlər