Mixail Qaluzin: Ermənistanla Belarus arasında münasibətlər normallaşdırılmalıdır
Moskva Ermənistan və Belarus arasında münasibətlərdə mövcud mürəkkəb dövrün “tezliklə bitməsini” təmin etməkdə “maraqlıdır”. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
"Belarus prezidenti Aleksandr Lukaşenko Minskin sabit və təhlükəsiz Cənubi Qafqazda maraqlı olduğunu həmişə vurğulayırdı. Ən çətin anlarda belə Belarus liderinin təşəbbüsləri məhz döyüşən tərəfləri barışdırmağa yönəlmişdi", - Qaluzin jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası "müvəqqəti fikir ayrılıqlarının ümumi inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyətin təşviqində mənfi nəticələrə səbəb olmayacağını" gözləyir.
Oxuməni.az
Digər xəbərlər