Fransa limanına buraxılmayan Rusiya freqatında su tükənmək üzrədir

Fransa limanına buraxılmayan Rusiya freqatında su tükənmək üzrədir

23 İyul 11:49
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın “Ştandart” freqatının ekipajında ​​tezliklə su tükənəcək. Bu barədə “Mor Qlaz” dənizçilərə yardım assosiasiyasının rəhbəri Jan-Pol Elkan məlumat verib.

Fransa hakimiyyəti bundan əvvəl rus gəmisinin Brest limanında yanalmağını qadağan etmişdi.

Elkan qeyd edib ki, heç bir orqanın gəminin təchizat üçün limana daxil olmasını qadağan etmək hüququ yoxdur.

“Hakimiyyət başa düşməlidir ki, tezliklə komandanın suyu və qidası tükənəcək. Onu bu vəziyyətdə qoya bilməzlər, bu qanunsuzdur, onun limana girişinə qadağa qoyula bilməz”.

Elkan əlavə edib ki, o, freqata qarşı sanksiyalar tətbiq etmək istəyən ukraynayönlü birliklə əlaqə saxlayıb. Mor Qlazın rəhbəri deyib ki, onların heç bir ideologiyası yoxdur. Onun sözlərinə görə, onların yeganə vəzifəsi rusların hər şeyini məhv etməkdir.

Oxuməni.az