Ukrayna 250 əsgərin cəsədini qəbul edib
Kiyev Ukrayna Silahlı Qüvvələrinin 250 hərbçisinin meyitini qəbul edib. Bu barədə Ukraynanın Əsirlərin Mübadiləsi üzrə Koordinasiya Qərargahı öz Facebook səhifəsində məlumat yayıb.
Məlumata görə, repatriasiya tədbirləri nəticəsində meyitlər Ukrayna tərəfinə təhvil verilib. Məlumata görə, bu, Əsirlərin Mübadiləsi üzrə Koordinasiya Qərargahının, Ukraynanın Reinteqrasiya Nazirliyinin, İtkin düşmüş şəxslər üzrə Müvəkkilin SBU yanında Birgə Mərkəz, Ukrayna Milli Qvardiyası ilə birgə əməkdaşlığı ilə baş verib.
Rusiya tərəfi hələlik mübadilə barədə açıqlama verməyib.
İyulun 17-də Rusiya Müdafiə Nazirliyi əsirlikdə olan 95 rusiyalı hərbçinin Ukraynanın nəzarətində olan ərazilərdən geri qaytarıldığını bildirib.
Nazirlik Birləşmiş Ərəb Əmirliklərinin əsirlərin mübadiləsi ilə bağlı danışıqlarda iştirak etdiyini qeyd edib.
İyulun 14-də Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Dmitri Lubinets bildirib ki, Kiyev Rusiya ilə hərbi əsir qadınları dəyişməyi planlaşdırır.
Oxuməni.az