Respublikaçılar Baydeni  yalan danışmaqda ittiham ediblər

Respublikaçılar Baydeni yalan danışmaqda ittiham ediblər

9 Sentyabr 08:45
Bəyəndim (0) Bəyənmədim (0)

Nümayəndələr Palatasının respublikaçıları ABŞ prezidenti Co Bayden administrasiyasını ABŞ qoşunlarının 2021-ci ildə Əfqanıstandan çıxarılması ilə bağlı amerikalılara yalan danışmaqda ittiham ediblər. Administrasiya həmçinin geri çəkilmə zamanı Amerika əsgərlərinin təhlükəsizliyini qurban verməkdə günahlandırılıb.

Bu barədə Bloomberg Respublikaçıların müvafiq hesabatına istinadən məlumat yayıb.

Hesabatda Baydenin komandasının "çalışmanın hər mərhələsində Amerika xalqını aldatdığı və bəzi hallarda açıq şəkildə yalan danışdığı" deyilir. Sənəddə deyilir ki, administrasiyanın uğursuzluqları Kabildəki Abbey Gate partlayışında 13 Amerika hərbçisinin birbaşa ölümünə səbəb olub.

Oxuməni.az