İraqdakı Amerika hərbi bazası hücuma məruz qalıb
İraqın Bağdad hava limanı yaxınlığında yerləşən Amerikanın "Camp Victory" hərbi bazasının ərazisinə iki raket zərbəsi endirilib.
Bu barədə “Reuters” xəbər verir.
Agentlik mənbələri hücumun maddi ziyana səbəb olduğunu bildirib. Ölən və yaralanan yoxdur.
İranı dəstəkləyən İraq silahlı qruplaşması “Kətaib Hizbullah” Bağdad hava limanına hücumun məqsədinin İran prezidenti Məsud Pezeşkianın çərşənbə səhərinə planlaşdırılan səfərini pozmaq cəhdi olduğunu irəli sürüb.
Qrup İraq təhlükəsizlik qüvvələrini araşdırma aparmağa və hücumda iştirak edənləri müəyyən etməyə çağırıb.
Oxuməni.az
Digər xəbərlər