Putin Türkiyəyə səfəri zamanı Rusiya qırıcılarıyla müşayiət olunmasını tələb edib

Putin Türkiyəyə səfəri zamanı Rusiya qırıcılarıyla müşayiət olunmasını tələb edib

11 Sentyabr 14:22
Bəyəndim (6) Bəyənmədim (0)

Vladimir Putin təhlükəsizliyinə təminat verilmədiyi üçün Türkiyəyə səfərini iki ildir təxirə salır.O qorxur ki, Ukrayna onun təyyarəsini bu ölkəyə gedərkən vura bilər.
Bu barədə “Middle East Eye” mənbələrə istinadən yazır. Onlar xatırladıblar ki, Putin artıq bir neçə dəfə Türkiyəyə rəsmi səfərlərini təxirə salıb. O vaxt Kreml bu qərara müxtəlif səbəblər göstərsə də, əslində Putinin Ankara səfəri ilə bağlı şərtləri əngəl törədib.
O, Rusiya qırıcılarının müşayiəti ilə Türkiyəyə uçmaq istəyir, görünür, Ukraynanın marşrut boyu təyyarələri vura biləcəyindən narahatdır.
Məqalədə deyilir: “Moskvanın Rusiya qırıcılarıylə uçmaq və ola bilsin ki, onları Türkiyə torpaqlarına endirmək tələbi mürəkkəb məsələdir, çünki ölkənin “NATO” hava hücumundan müdafiə sistemləri belə təyyarələri düşmən hədəfi kimi qəbul edə bilər”.
Mənbələrdən biri qeyd edir ki, Türkiyənin Rusiyanın istəyini təmin etmək üçün “NATO” sistemlərini söndürərək sıradan çıxarmaq ehtimalı azdır.
Səfərlə bağlı son müzakirələrdə Rusiya və Türkiyə rəsmiləri Putinin oktyabrın ilk həftəsində gəlişi ehtimalını gündəmə gətiriblər. Bununla belə, döyüş təyyarələri üçün xüsusi tələb səfərin planlaşdırılmasını və təşkilini çox çətin edir. Putin sonuncu dəfə 2014-cü ildə Ankaraya səfər edib.
Qeyd edək ki, Rusiya Federasiyasının tələbləri təkcə qırıcı təyyarələrlə məhdudlaşmır. Rusiya rəsmiləri həmçinin Ankaranın üç ən böyük otelinin – “Hilton”, “Sheraton” və “JW Marriott”-un ABŞ-a məxsus olmasından şikayətlənirlər. Moskva Amerika otel şəbəkələrini Rusiya lideri üçün təhlükəli hesab edir.
Bu, Ankaranın Putinə qalacağı yer kimi hökumət qonaq evini verə biləcəyi ehtimalını artırır - bu, son vaxtlar istifadə olunmayan qeyri-adi variantdır.
Bundan əlavə, Türkiyə “NATO” üzvü olduğu üçün Rusiya rəsmiləri xüsusilə Putinin və ya onun ətrafındakıların həyatına mümkün sui-qəsdlərdən narahatdırlar, deyə mənbələr bildiriblər.


Almaz Həsənli