
İsrail Qəzzanın şimalına və mərkəzinə hava zərbələri endirib
İsrail qırıcıları və helikopterləri Qəzza zolağının şimal və mərkəzi ərazilərinə zərbələr endirir. Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Telekanal qeyd edir ki, İsrail hərbçilərinin Qəzza zolağının şimalında hücumlara başlayıb. İsrail qırıcılarının Cəbəliyyədə yaşayış binasını bombalaması nəticəsində bir neçə nəfər yaralanıb. Bundan əlavə, İsrail artilleriyası Qəzza şəhərinin cənub-şərqindəki Zeytun ərazisini atəşə tutub. Eyni zamanda İsrail hərbi vertolyotları Qəzzanın mərkəzindəki Deyr əl-Bələhdə Əl-Həqr bölgəsinə hücum edib.
Oxuməni.az
Digər xəbərlər