Prezident seçkilərindən sonra Avropa ABŞ siyasətində önəmli rol oynamayacaq
ABŞ-da prezident seçkiləri Amerika rəsmilərinin Avropaya münasibətinə təsir edəcək. Bu, kimin qalib gəlməsindən asılı olmayaraq baş verəcək.
Bunu Çexiyanın Baş naziri Petr Fial deyib.
Fial, ABŞ prezidenti seçiləcək namizədlərdən hansı ilə işləməyə üstünlük verəcəyini cavablandırmayıb. Bununla belə, o, Çexiyanın istənilən namizədin qalib gəlməsinə hazır olduğunu bildirib.
O, həmçinin hesab edir ki, hansı namizədin qalib gəlməsindən asılı olmayaraq, Amerika ilə Avropa arasında münasibətlər dəyişəcək.
“Biz başa düşməliyik ki, amerikalılar üçün Avropa artıq əsas prioritet olmayacaq, onlar əvvəllər olduğu kimi Avropanın təhlükəsizliyi ilə bağlı narahat olmaq istəməyəcəklər”.
Oxuməni.az
Digər xəbərlər