Dağıstanda 42 uşaqda kəskin bağırsaq infeksiyası aşkar edilib
Rusiyanın Dağıstan Respublikasında 42 uşaq kəskin bağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirilib.
Oxuməni.az-ın məlumatına görə, bu barədə respublikanın Səhiyyə Nazirliyi bildirib. Qeyd olunur ki, uşaqlardan 36-ı məktəbəqədər müəssisələrdən, dörd nəfəri isə məktəblərdən gətirilib.
Bəzi xəstələrin vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Hazırda infeksiyanın mənbəyi ilə bağlı araşdırma aparılır.
Oxuməni.az
Digər xəbərlər