Musa Quliyev: “Hər kəs öz pensiyasının qayğısına özü qalmalıdır”

Musa Quliyev: “Hər kəs öz pensiyasının qayğısına özü qalmalıdır”

27 Oktyabr 2014 14:55
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycanda pensiya islahatları başa çatmayıb. Bu islahatlar davam etdirilməldir". Bunu açıqlamasında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bildirib. O qeyd edib ki, xeyli iş görülməsinə baxmayaraq, hələlik mükəmməl pensiya sistemini qurmaq mümkün olmayıb: "Bu sahədə problemlər mövcuddur. Bizdə əmək haqlarından tutulmaqla, pensiyalar formalaşır. Bazar iqtisadiyyatı ölkələrində isə sistem başqa cürdür – kim nə qədər qazanırsa, o qədər də pensiyasına xərcləməlidir. Fikrimcə, ən ədalətli metod budur. Dövlət niyə işləyən insanın hesabına yaşlı insanları saxlamalıdır? Yəni hər kəs öz pensiyasının qayğısına özü qalmalıdır. Düzdür, bu yol radikal yol olsa da, ən doğru yoldur".

Millət vəkili daimi olaraq pensiyaların baza hissəsinin bərabərləşdirilməsinin və dövlət tərəfindən artırılmasının da tərəfdarı deyil: "Pensiyaların formalaşma mənbəyi sosial sığorta haqları olmalıdır. Hesab edirəm ki, Azərbaycanda da bu sistem tətbiq olunmalıdır".

Komitə sədrinin müavini onu da vurğulayıb ki, pensiyalarda "baza hissəsi" anlayışı olmamalıdır: "Bir şəxs işlədiyi dövrdə Dövlət Sosial Müdafiə Fonduna nə qədər pul yığıbsa, pensiya çıxdıqdan sonra həmin vəsait illərə bölünərək, ona verilməlidir".

Mediainfo.az