Hərbi hissələr qazlaşdırılır
Azərbaycan Müdafiə Nazirliyinin hərbi hissələrinin qazlaşdırılması prosesi aparılır. Bu barədə Apa -ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirliklə "Azəriqaz" İstehsalat Birliyi arasında razılığa əsasən 2014-cü ildə 54 hərbi şəhərcikdə qazlaşdırma işləri tam yekunlaşıb: "2015-ci ildə də bu istiqamətdə fəaliyyətlər planlaşdırılmış qaydada, mütəmadi olaraq davam etdiriləcək və hərbi hissələr mavi yanacaqla təmin olunacaq".
Mediainfo.az
Digər xəbərlər