Etibar Əliyev: “Mənə vaxt verin”
Bu gün qərar verilib və hər hansı fikir bildirmək istəmirəm. Mənə özümü toparlamağa vaxt verin, gələcək planlarla bağlı ətraflı danışacağam.
Bu sözləri Texnikabank ASC-nin İdarə Heyətinin sədri Etibar Əliyev bankın lisenziyasının ləğvi ilə bağlı açıqlamasında deyib. E.Əliyev qeyd edib ki, Mərkəzi Bank qərar verib və ona əməl olunacaq.
O, bundan sonrakı fəaliyyəti barədə hələ qərar vermədiyini deyib.
Xatırladaq ki, ötən il oktyabrın 27-də E.Əliyev "Texnikabank"ın rəhbərliyinə yenidən qayıtmış və bankı inkişaf etdirmək üçün bir sıra yeniliklərə imza atmış, yeni layihələrin həyata keçirilməsinə start vermişdi.
Mediainfo.az
Digər xəbərlər