8 metr uzunluğu olan xaçapuri

8 metr uzunluğu olan xaçapuri

29 İyul 2011 17:38
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanda uzunluğu 8 metrə yaxın nəhəng xaçapuri bişirilib. Batumidə hazırlanan Gürcü mətbəxinin ən məşhur nümunəsi olan xaçapurinin dadına 400 nəfərdən çox insan baxa bilib. Onlar nəhəng xaçapurini 1 dəqiqə 33 saniyə ərzində yeyib qurtarıb. Qeyd edək ki, xaçapurinin hazırlanmasında 1 usta və 4 köməkçi iştirak edib. Xaçapurini hazırlamaq üçün 200 kq un, 30 kq yağ, 1000 yumurta və 100 kq pendir istifadə edilib. Ayrı-ayrı bişirilən hissələr sonradan birləşdirilib. Qeyd edək ki, nəhəng xaçapuri ilə Gürcüstan öz rekordunu yeniləyib. Belə ki, hələ ötən il Acarıstanda bişirilən xaçapurinin uzunluğu 6 metr olub.

400 nəfər "əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş" olub.

Tofiq Əliyev

O.M.