Pitonu camaata nümayiş etdirdi, polis əlindən aldı
Avstraliyanın Brisben şəhərində polis əlində piton olan bir kişini həbs edib. Buna səbəb onun heyvanı qatardakı sərnişinlərə nümayiş etdirməsi olub.
Xəbərdə qeyd olunur ki, bir çox sərnişinlər bu mənzərə qarşısında dəmir yolu polisinə müraciət ediblər. Onlar bildiriblər ki, qatarda çantasının içində ilan saxlayan bir kişi var və həmin ilanın uzunluğu 91 santimetrə yaxındır.
Polis əməkdaşları bildiriblər ki, sərnişinlər öz zənglərində ilanın durumu ilə bağlı narahatlıqlarını bildiriblər. İlanın sahibi - 20 yaşlı Avstraliya sakini ilə söhbətdən sonra hüquq-mühafizə orqanları müəyyənləşdiriblər ki, gənc oğlanın bu heyvanı saxlamaq üçün hər hansı icazəsi olmayıb. Polislər ilanı sahibindən alaraq heyvanxanaya aparıblar.
Mediainfo.az