24 milyonluq brilliantı alnına taxdı - Maraqlı səbəb
Amerikalı reper 24 milyon dollara aldığı brilliantı alnında gəzdirməyə qərar verib.
Oxuməni.az yerli mətbuata istinadən xəbər verir ki, 26 yaşlı Lil Uzi Vert bir müddət əvvəl aldığı çəhrayı brilliantı itirməkdən, yaxud oğurlanmaqdan qorumaq üçün alnındakı pirsinq yerinə taxıb.
Belə ki, 11 karatlıq qaşı alnına taxan reper belə bahalı brilliantı üzükdə daşımağın axmaqlıq olduğunu qeyd edib.
O, bu qaşı almaq üçün bir çox mülkünü və avtomobilini satmalı olduğunu bildirib.
Açar sözlər
Digər xəbərlər