Rəvan Qarayev: “Kim deyir ki konsertdən pul qazanıram, yalan söhbətdir. Hamının bir amalı var, toyum çox olsun, bahalı maşın, ev alım”

Rəvan Qarayev: “Kim deyir ki konsertdən pul qazanıram, yalan söhbətdir. Hamının bir amalı var, toyum çox olsun, bahalı maşın, ev alım”

21 May 2014 15:29
Bəyəndim (0) Bəyənmədim (0)
Efirlərdə gecə-gündüz olan ulduzlar var ki, mən onlarla bir toya heç yarım saatlıq belə getmərəm

- Özün haqqında məlumat verərdin?

- 1980-ci ildə Kürdəmirdə anadan olmuşam. 3 uşağıq. Ailəliyəm, 2 övladım var. BDU-nu bitirmişəm. 12 ildir bu sənətdəyəm.

- Necə oldu ki, müğənni olmaq istədin?

- Atamın sənətini yaşatmaq üçün müğənni olmaq istədim.

- Toy bazarında yerin bilinir?

- Əgər yaxşı klipin, mahnın varsa, toy bazarında yerin yaxşı olacaq.

- Səncə sevgi necə olmalıdır?

- Mənim fikrimcə sevgi saf və təmiz olmalıdır.

- Uşaqlıqda necə oğlan olmusan?

- Çox dəcəl olmuşam. Şükür edirəm ki, heç bir arzum ürəyimdə qalmayıb?

- Səncə şou-biznesin qanunlarını kimlər yazır, şou-biznesin açarı kimin əlindədir?

- Qanunu xalq özü yazır - kimə necə dəyər vermək lazımdır. Xalqın gözü tərəzidir.

- Nəyi bəyənmirsən şou-biznesdə?

- Şou-biznesi bəyənmirəm ki, hazırda toy üzərində qurulub.

- Toylarınızı kim danışır?

- Mənim prodüserim var. Toy işlərini də o, danışır.

- Müğənnilərin özlərinə ad qoymasına necə baxırsan? Bəs sən özünə hansı titulu verərdin?

- Bir insan ki, öz-özünə ad qoyur, ona necə baxmaq olar... Özümə də heç vaxt titul verməzdim. Qoy xalq versin.

- Qısqancsan?

- Dəhşət qısqancam.

- Kişi xəyanətinə necə baxırsan?

- Elə bir kişi yoxdur ki, xəyanət etməsin.

- Ürək neçə dəfə sevə bilər?

- Əsl sevgi bir dəfə olur.

- Məhəbbətdə yaş həddi əsas ola bilərmi?

- Yox.

- Bir müddət öncə sizə böhtan atan xanımla yenə əlaqəniz varmı?

- Mənim o xanımla heç vaxt əlaqəm olmayıb. O, mənə şər atırdı.

- Evdə atanız səni ən çox nə üstündə danlayır?

- Səbirsiz olmağıma görə.

- Hazırda nə kimi yeniliyin var?

- Bu yaxınlarda yeni klipim çəkildi.

- Nəyə nifrət edirsən?

- İkiüzlü insanlara nifrət edirəm.

- Etdiyin hansı günahın vahiməsi səni basır?

- Günahsız insan olmur. Həyatda elə bir böyük günah etməmişəm ki, vahiməsi də məni bassın.

- Həyatından bir roman yazsaydın adını nə qoyardın?

- "Ötən günlərimi qaytarardılar,

Gələn günlərimi qurban verərdim".

- Oğruya cəzanı hakim verir, bəs sevgidə xəyanətdə cəzanı kim verir?

- Vicdan.

- Həyat bir məktəbdir. Sənə nə öyrətdi?

- Bu məktəbin bitməz sinifləri var, hələ də öyrədir.

- Hiss edirsiniz ki, atanızdan çox sizə tələbat var toylarda?

- Siz hiss edirsiniz?

- Mən sizi toylarda görməmişəm, yəni bir məclisə düşməmişiк, nə deyə bilərəm?

- Düz deyirsiniz. Efirlərdə gecə-gündüz olan ulduzlar var ki, heç mən onlarla bir toya heç yarım saatlıq belə getmərəm. Belə nüanslar olur. Mənə elə gəlir ki, yaş dövrü söhbəti var. Hamının öz məclisi var. Elə məclis var ki, atamı istəyirlər, elə məclis var ki, məni.

- Səmimi ol, toydan qazandığınız pulu atanız sizinlə necə bölür?

- Allaha and olsun ansamblın pulun verəndən sonra 30/50 bölür. Axır qəpiyini belə.

- Bilirəm ki, ikinci izdivacdasan. Birinci izdivacdan bir qızın var. O, qızını görürsənmi?

- Əlbəttə, 5 yaşı var birinci izdivacdan olan qızımın. Bütün problemlərini həll edirəm. Bir dənə üç aylıq balaca da qızım var.

- Sevib ailə qurdun?

- Birincidə ailələrin məsləhəti ilə oldu. İkincidə mən daha çox xoşbəxtəm, sevib ailə qurdum.

- Dünya sənə dar gəlir, yoxsa gen?

- Həyatdan zövq almaq lazımdır, dünyanı mənə dar və gen gələn anları da olur.

- Səni nə ağlada bilər?

- Hər bir insanı ağladacaq çox şey var, ən çox əzizlərimi itirməkdən qorxuram.

- Həyatının mərkəzində duran ən dəyərli şey nədir?

- Həyat yoldaşım.

- Səhərlər gecənin düşməyini gözləmək asandır, yoxsa gecələr səhərlərin açılmağını?

- Gecələrin, səhərlərin açılması asandır.

- Daxilindəki Rəvan həyatdakı Rəvandan nə ilə fərqlənir?

- Mən həmişə özüməm.

- Bu sənətdə ilk müəlliminiz kim olub?

- Bütün sənətin sirlərin atam öyrədib mənə.

- Şəlalə nə deməkdir sənin üçün?

- Şəlalə mənim üçün gözəl sualları ilə seçilən jurnalistdir?

- Solo-konsert vermək fikrin var?

- İnşallah, gələn yay fikirləşirəm ki, solo-konsert verim.

- Hansısa xanımdan istifadə etmisən?

- Xanımlar məndən istifadə edib.

- Qalmaqalla müşayiət olunan məşhurluğa necə baxırsan?

- Mən qalmaqaldan uzağam. Hərə özünə bir yol seçir o, onların öz fikirləridir.

- Niyə özündən razısan?

- Birinci xanımsız ki, belə düşünürsünüz. Qətiyyən mən özümdən razı deyiləm.

- Kimlərin ifasını dinləyirsən?

- Xoşuma gələn ifaları dinləyirəm.

- İlk məhəbbətin olub?

- Hər bir insanın ilk məhəbbəti olur.

- Sənin oxu üslubunda dəyişiklik oldu. Əsas da "Kimlər bilir nələr çəkdiyimi", "Ömür boyu səni sevdim" mahnılarında necə oldu ki, dəyişiklik etdin?

- Artıq oldu, çox da sevildi. Əsas odur ki, gec də olsa artıq bilirəm ki, mənim bu cür oxu tərzim qəbul olundu, çox da sevildim.

- Bu yaxınlarda Məleykə Əsədova da ifa etdi.

- Bəli, mənə zəng elədi bildirdi ki, xoşum gəlir mahnıdan. İstəyirəm şeiri deyim. Əslində oxumamalı idi, şeir deməliydi. Narahat etmədi, çünki o, mahnının damğasını çoxdan vurmuşam.

- Səmimi ol, bu mahnını kimə həsr etdin?

- İnanın, konkret heç kimə həsr olunmayıb bu mahnı. Neçə illər yığılıb-qalan hisslərimi bu mahnıda bildirdim. Bütün hamının problemləri, çətinlikləri olur həyatda. Ona görə dedim ki, kimlər bilir nələr çəkdiyimi.

- Yuxudan duranda hansı hissi keçirirsən?
- Müxtəlif hisslər olur. Elə olur ki, kefim olmur. Çalışıram ki, işlərimi elə qurum ki, həmin günü peşmançılıq çəkməyim.

- Özünü daxilən tanıya bilirsən?
- Elə vaxt olur ki, özüm-özümü tanıya bilmirəm.

- Kişi həmkarların plastik əməliyyat etdirir. Sən özün necə, nəsə dəyişiklik etmək istəyirsən?

- Bilirsiniz necədir? Pis baxmıram. Baxır nədə? Elə şeylər var ki, kişilər gərək onu qorusun.

- Nəyi qorumalıdırlar? Qaşların almasınlar, yoxsa silikon dodaq etməsinlər?

Çalışsınlar ağ etməsinlər. Adam var plastik əməliyyat etdirir, özün qorumur. Mən şəxsən heç vaxt fikirləşmirəm ki, plastik əməliyyat etdirim.

- İnsana həyatdan nə, insandan həyata nə qalır?

- Çox gözəl sualdır. İnsana həyatda gəzmək, dolanmaq qalır. Doğrudan bu qalır. Düzdü, xoşladığın şeyləri əldə etmək, arzular hamısı yerinə yetmir. Yeyib-içmək, kef eləmək qalır. Amma insandan həyata çox az şeylər qalır. Məsələn, ağac əkə bilərsən, o da əbədi qalmır. Səndən sonra 30-40 il qalır. O da çürüyə bilər. Əkdiyin ağac, tikdiyin bina, kiməsə elədiyin yaxşılıqlar qala bilər.

- Nəyi itirmisən bu sənətdə?

- İtirdiyim bu neçə illərdə mahnılarım olub ki, düzgün oxumamışam. Bir mahnı oxudum, oranjimanlarımı dəyişdim. İnanın çox sevindim. Elə çıxır ki, 13-24 ildə havayı oxumuşam. Bütün zamanımı itirmişəm. Vaxtında və düzgün seçim etməmişəm. Bundan sonra yeni mahnılar hazırlayıram. Əminəm ki, yaxşı olacaq.

- Səhvlərinin peşmançılığı çox olub?

- Əlbəttə, olub. Müəyyən səhvlərim olub ki, peşmançılıq çəkmişəm.

- Gənc müğənnisən. Bu sənətdən nə umursan?

- Bu sənətdən umacağım hamı kimi konsert verməkdir. Amma konsertdən də pul qazanmaq olmur. İndi hamı çalışır ki, toya gedib pul qazansın. Özünə gün ağlasın. Yüz faiz belədir. Kim deyir ki konsertdən pul qazanıram, yalan söhbətdir. Hamının bir amalı var, toyum çox olsun, bahalı maşın alım.

- Konsert versən, tamaşaçı toplaya bilərsən?
- Əminəm ki, bir mahnı da oxusam, tamaşaçı toplayacam. Çünki bir mahnımdan sonra hiss etdim ki, məni sevənlər çoxdur. İnşallah, yüz faiz Yaşıl Teatrda gələn yay solo-konsert verəcəyəm.

- Bəzi həmkarların var ki, metronun üstündə biletlərini təmənnasız paylayır. Sən də elə edəcəksən?

- Elə ulduzlar var ki, məndən qat-qat sevilir. Onlar da biletlərindən hədiyyə edir. 200-300 nəfərlik. Qaldı, metroların üstündə. Heç vaxt paylamaram biletlərimi. Birinci insan özünə əmin olmalıdır ki, səhnəni doldura bilərsən, yoxsa yox. Əmin olmaq odur ki, səni sevirlər, gəliblər. Heç vaxt razı olmaram ki, elə konsertim olsun. Bilirəm ki, bikarçılıqdan dostuna deyəcək ki, bilet paylayırlar, binanın qarşısında durunca, dur gedək filankəsin konsertidir, baxaq. Belə şeylər pisdir.

- Atan neçə illərdi sənətdədir. Ad almamağı səni narahat etmirmi?

- Atam böyük sənətkardır. Hamının seçiminə yaxşı baxıram. Əminəm ki, haçansa olacaq. Olmayıbsa, onun özünün səhvi olub, olmayıb. İnanıram bundan sonra alar. Atam heç vaxt özünü reklam etməyib. Böyük konsertlərdə olub, təmsil edib ölkəmizi. İnşallah alar, əziyyət çəkib. İnanıram ki, atam da Əməkdar artist olacaq.

- Öz gücünə nə qazanmısan bu sənətdə?

- Bu yaxınlarda ev aldım. Hələ arzularım çoxdur. Yaxşı dostlar qazanmışam. Özümə görə yaxşı dostlarım var.

Şəlalə NƏRİMAN.