Putinin Ərdoğanla görüşüb-görüşməyəcəyi bəlli deyil
“Martın 5-də İstanbulda Türkiyə və Rusiya Prezidentləri arasında görüş keçiriləcəyi hələ məlum deyil”.
Oxuməni.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Hazırda Putinin planında martın 5-də belə bir görüşün keçirilməsi məsələsi yer almır. Rusiya Prezidentinin martın 5-i üçün fərqli planları var”, - Peskov qeyd edib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün verdiyi açıqlamada martın 5-də İstanbulda rusiyalı həmkarı ilə görüşəcəyini demişdi.
Oxuməni.az
Digər xəbərlər