Türkiyə ermənilərin Naxçıvana hücumu ilə bağlı SƏRT BƏYANAT VERDİ

Türkiyə ermənilərin Naxçıvana hücumu ilə bağlı SƏRT BƏYANAT VERDİ

16 Oktyabr 2020 19:22
Bəyəndim (1) Bəyənmədim (0)

“Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Qubadlı rayonundan Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna atılan raket hücumunu sərt şəkildə qınayırıq”.

Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb.

“Ermənistan işğal etdiyi torpaqlarda aldığı məğlubiyyətə görə hər gün daha da azğınlaşır", - məlumatda bildirilib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb. Dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.

Oxuməni.az