Nalbandyan Qarabağa səfər edib
Ermənistan mətbuatının verdiyi xəbərə görə, Ermənistan Xarici İşlər naziri Edvard Nalbandyan və XİN-in mərkəzi aparatının rəhbər işçiləri və Ermənistanın xarici ölkələrdəki səfirləri Dağlıq Qarabağda olublar. Erməni diplomatlarının separatçıların lideri Bako Saakyanla görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi müzakirə edilib. Söhbət zamanı həmçinin separatçı rejimin Ermənistan Xarici İşlər Nazirliyi və Ermənistanın xaricdəki səfirlikləri ilə əlaqələri nəzərdən keçirilib.
Mediainfo.az
Digər xəbərlər