Pakistan siyasətçisi Britaniyada həbs olunub
Pakistanın tanınmış siyasətçisi Britaniyada həbs olunub. BBC-nin verdiyi xəbərə görə, Britaniya polisi Pakistanın tanınmış siyasətçilərindən biri olan Altaf Hüseyni saxlayıb. Siyasətçi çirkli pulların yuyulmasında şübhəli bilinir. Altaf Hüseyn Pakistanın aparıcı siyasi partiyalarından biri olan Xalq Hərəkatına rəhbərlik edir. O, 1991-ci ildən Böyük Britaniyada yaşayır.
Britaniya və Pakistan səlahiyyətliləri siyasətçinin həbsinin Kəraçidə zorakı etiraz aksiyalarına səbəb olacağından ehtiyatlanırlar.
Mediainfo.az
Digər xəbərlər