Rusiya Ukrayna əhalisinə vətəndaşlıq verir

Rusiya Ukrayna əhalisinə vətəndaşlıq verir

4 Sentyabr 2014 17:12
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Ukrayna əhalisinə vətəndaşlıq verməyə başladı. Ukraynanın şərqində yerləşən Torez şəhərində olan rus qoşunlarına nümayəndəlik yaradıb.

Avropa.info-nun xarici KİV-ə istinadən məlumatına görə, hərbçilərə Rusiya vətəndaşlığı almaq istəyən ukraynalılara vətəndaşlıq verilməsinə dair təlimat verilib.

Ərazidə olan separatçılar və ruslar yaranmış vəziyyətdən öz xeyirləri üçün istifadə etmək qərarına gəliblər.

Separatçılar Rusiya vətəndaşlığını 1000 Ukrayna qrivinə satırlar. Bu haqda məlumat verən Torez şəhər sakinlərinin sözlərinə görə, Rusiya vətəndaşlığının satışı ilə hərbiçilər məşğul olur.

Mediainfo.az