Rusiya zenit qurğuları İraqda
Rusiya "Pançir-C1" zenit-raket kompleklərindən ibarət silah partiyasını İraqa göndərib. Axar.az xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatda həmçinin bildirilib ki, "İqla-C" raket kompleksləri də Bağdada çatdırılıb.
Adıçəkilən silahlar Rusiya ilə İraq arasında 2012-ci ildə bağlanmış və dəyəri 4.2 milyard dollar olan müqavilə əsasında təhvil verilib.
İki il əvvəl Rusiya İraqa 36 ədəd "Mi-28NE" helokopteri və 42 "Pançir-C1" zenit-raket kompleksi satmışdı.
Mediainfo.az
Digər xəbərlər