Etirazçılar polislə toqquşdu

Etirazçılar polislə toqquşdu

2 Oktyabr 2014 15:42
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın Gümrü şəhərində etiraz aksiyaları getdikcə aqressiv xarakter alır

Erməni mətbuatının yaydığı məlumata görə, etirazçılar polisə hücum ediblər. Yüzlərlə kiçik və orta sahibkar "Dövriyyədən vergi haqqında" qanunun qüvvəyə minməsinə etiraz edirlər. Etirazçılar Şirak vilayəti administrasiyası qarşısına toplaşaraq, qubernatorla görüş tələb ediblər. Polis etirazçıları yoldan çıxarmağa çalışsa da məqsədinə nail ola bilmir.

Qeyd edək ki, Ermənistanda "Dövriyyədən vergi haqqında" qanun oktyabrın birindən qüvvəyə minib. Bu da bir çox erməni sahibkarınların müflisləşəcəyi anlamına gəlir.

Mediainfo.az