Peskov: “Kiyev Donbasla birbaşa dialoqa getməlidir”

Peskov: “Kiyev Donbasla birbaşa dialoqa getməlidir”

23 Sentyabr 2015 15:38
Bəyəndim (0) Bəyənmədim (0)

"Kreml Ukraynada siyasi islahatlar məsələlərinin Donbasla Kiyev arasındakı birbaşa dialoq vasitəsi ilə həllini vacib sayır".

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya, Avropa İttifaqıATƏT kimi üçüncü tərəflərin təsiri problemin həllinə xidmət etməyəcək: "Əsas məqsəd siyasi islahatlar məsələsinin Kiyev və Donbas arasındakı birbaşa dialoq vasitəsilə həllinə nail olmaqdır. Əks təqdirdə razılaşma əldə etmək mümkün olmayacaq".

Mediainfo.az