MDB dövlət başçılarının sammitində 16 sənəd imzalanıb

MDB dövlət başçılarının sammitində 16 sənəd imzalanıb

16 Oktyabr 2015 15:05
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstanda keçirilən MDB Dövlət Başçıları Şurasının sammitində 16 sənəd imzalanıb.

Apa-nın "Kazinform"a istinadən verdiyi məlumata görə, bu sənədlərin arasında dövlət başçılarının BMT -nin 70 illiyi, terrorizmlə mübarizə və Çernobl AES-dəki qəzanın 30 illiyi ilə bağlı bəyanatı, miqrasiya, penitensiar xidmətləri rəhbərlərinin şurasının formalaşdırılması, fövqəladə halların nəticələrinin aradan qaldırılması kimi məsələlər var.

Həmçinin 2016-2020-ci illərdə sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi proqramı, MDB Antiterror mərkəzi rəhbərinin təyin olunması, MDB -yə növbəti il üçün sədr ölkənin müəyyənləşdirilməsi və növbəti zirvə toplantısının keçirilməsi kimi məsələlər razılaşdırılıb.

Üzv ölkələr 2020-ci ilədək hərbi sahədə əməkdaşlıq Konsepsiyasını da təsdiq edib.

Mediainfo.az