Xalq küçəyə axışdı - Baş nazirin istefası tələb edilir

Xalq küçəyə axışdı - Baş nazirin istefası tələb edilir

3 Dekabr 2017 10:23
Bəyəndim (0) Bəyənmədim (0)

İsraildə korrupsiyada ittiham edilərək haqqında cinayət işi açılan Baş nazir Benyamin Netanyahunun istefası tələb edilir.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, buna görə minlərlə insan Təl-Əviv şəhərində etiraz aksiyası keçiriblər.

Narazı xalq Netanyahunun dərhal postu təhvil verməsini istəyir.

Qeyd edək ki, Baş nazir iş adamlarından bahalı hədiyyələr və rüşvət almaqda ittiham edilir. Onun 6 dəfə ifadəsi alınıb.