Misir Suriyaya hərbi yardım göstərməyəcək

Misir Suriyaya hərbi yardım göstərməyəcək

4 May 2018 16:58
Bəyəndim (0) Bəyənmədim (0)

Misir hakimiyyəti Suriyaya ordusu göndərmək məsələsini müzakirə etmir.

Bunu jurnalistlərə açıqlamasında Misir Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əhməd Əbu Zeyd deyib.

Qeyd edək ki, bundan öncə "Əl Əhram" qəzeti Misir Xarici İşlər naziri Sameh Şükrünün müsahibəsini dərc edib. Müsahibədə Şükrü Suriyaya gələcəkdə ərəb ölkələrinin hərbi missiyasını göndərəcəyini bildirib. O ordunun tərkibində Misir qüvvələrinin olması isə təkzib edilir.Axar.az