Su-27 İsveç təyyarəsini qaçmağa məcbur edib
Rusiyaya məxsus Su-27 qırıcı təyyarəsi Baltik dənizi üzərindən ölkə sərhədlərinə yaxınlaşmağa cəhd edən İsveçə məxsus "Qolfstrim" kəşfiyyat təyyarəsini aşkar edib.
Mediainfo.az-ın TASS-a istinadən verdiyi məlumata görə, İsveç təyyarəsi radarlardan yayınmaq üçün söndürülmüş transponderlə Rusiyanın dövlət sərhədlərinə doğru uçub. Bununla əlaqədar havaya qaldırılan Su-27 qırıcı təyyarəsi sürətlə "Qolfstrim"ə yaxınlaşıb və onu yerə enməyə məcbur etmək istəyib. Bunu görən İsveçin kəşfiyyat təyyarəsi istiqamətini dəyişərək Rusiyanın hava sərhədlərindən uzaqlaşıb.
Digər xəbərlər