Nigar Cenifer Lopezə bənzədiyi üçün DNA testi etdirib

Nigar Cenifer Lopezə bənzədiyi üçün DNA testi etdirib

3 İyun 2021 14:23
Bəyəndim (0) Bəyənmədim (2)

Avroviziya - 2011 qalibimiz, müğənni Nigar Camal dünya şöhrətli Cenifer Lopezə bənzərliyinə görə DNA testi etdirib.

Oxuməni.az xəbər verir ki, sənətçi bu haqda ATV telekanalında yayımlanan “Səhər Mərkəzi” proqramında danışıb.

O, argentinalılara çox bənzədildiyini bildirib:

“Məni Cenniferə oxşadırlar. Bilirsiniz niyə? Çünki o “Latino” tərzli müğənnidir. Məndə də belə quruluş var. Ona görə də bizi bir-birimizə oxşadırlar. İngiltərədə olan zaman mənə deyirlər ki “Sən argentinalısan?” Qanımda heç bir qarışıq yoxdur. Hətta buna görə DNA testi də etdirmişəm.Nəticəsi mənə çox maraqlı idi. Bəlkə də başqa millətlə qarışığım var deyə... Amma heç nə çıxmadı”.