
"Yuventus"dan biabırçı məğlubiyyət:Kuboka vida
İtaliya kubokunun dörddəbir final mərhələsinin növbəti görüşündə "Yuventus" rəqib meydanında "Atalanta"ya 0:3 hesabı ilə məğlub olub. Mediainfo.az-ın verdiyi xəbərə görə, Ronaldonun komandası bununla da İtaliya kubokunda mübarizəni dayandırıb.
"Atalanta"nın növbəti mərhələdəki rəqibi isə "Roma"nı 7:1 hesabı ilə darmadağın edən "Fiorentina" olacaq.
Yarımfinala vəsiqə qazanan "Milan" isə bu gün oynanılacaq "İnter" – "Latsio"cütlüyünün qalibi ilə görüşəcək.
Digər xəbərlər