Ermənistan silahlı qüvvələri bütün günü Azərbaycanı atəşə tutur

Ermənistan silahlı qüvvələri bütün günü Azərbaycanı atəşə tutur

11 İyun 2021 22:21
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun 11-də saat 17.00-dan 17.30-dək Vardenis rayonu ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan atəşə tutulub.

Bu barədə Oxuməni.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

***

İyunun 11-də saat 13.45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan mütəmadi atəşə tutulub.

Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir.

Məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələri Kəlbəcərdəki Azərbaycan mövqelərini ötən gün də atəşə tutmuşdu. Müdafiə Nazirliyinin məlumatına görə, dünənki insident nəticəsində də Azərbaycan tərəfindən xəsarət alan olmamışdı.