“Xan bağı”nda Xan çinar aşdı

“Xan bağı”nda Xan çinar aşdı

30 İyun 2021 14:26
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhərində yerləşən “Xan bağı” (“Sərdar bağı”) istirahət guşəsində irigövdəli çinar ağacı – Xan çinar kökündən qoparaq oturacağın üzərinə aşıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Gəncə şəhər İcra Hakimiyyəti MKTİB-in mətbuat katibi Vüsal Balayev bildirib ki, çinar Gəncədə güclü külək əsməsi nəticəsində aşıb:

“Xan bağı” ilə yanaşı, şəhərin Bayraq meydanı, Gəncə Qala Qapıları, Heydər Əliyev prospekti, Fikrət Əmirov parkı, Gülüstan qəsəbəsi ərazilərində də ciddi fəsadlar yaranıb, yaşıllaşdırma şöbəsinin əməkdaşları tərəfindən problem aradan qaldırılıb”.

Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qəmbərov isə inzibati qurumların belə irigövdəli və uzunömürlü ağaclara qarşı etinasız yanaşması nəticəsində fövqəladə hal yarandığını qeyd edib:

”Xan bağı” şəxsi mülkiyyətdə olan istirahət guşəsidir. Mülkiyyətçinin işi sözügedən bağı lazımi qaydada saxlamaqdan ibarətdir. Bəzən güclü külək nəticəsində bu cür fövqəladə hal baş verə bilir. Mülkiyyət sahibi yaşlı və gövdəsi çürümüş ağacları düzgün qiymətləndirməli, qanunvericiliyə uyğun qabaqlayıcı tədbir görməlidir”.