Mikroavtobusla minik avtomobili toqquşdu: ölən var

Mikroavtobusla minik avtomobili toqquşdu: ölən var

1 İyul 2021 09:20
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı-Qazax avtomobil yolunda bir nəfərin ölümü, daha iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxuməni.az ixəbər verir ki, Bakı-Qazax magistralının Tovuz rayon ərazisindən keçən hissəsində "Ford" markalı mikroavtobusla VAZ-2107 markalı avtomobil toqquşub.

Hadisə zamanı 1970-ci il təvəllüdlü Namiq Məmmədov ölüb, daha 2 nəfər xəsarət alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 (nəqliyyatda ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.