Son bir ildə baş vermiş dəhşətli avtobus qəzaları

Son bir ildə baş vermiş dəhşətli avtobus qəzaları

9 Avqust 2021 09:19
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün Türkiyənin qərbində Balıkesir şəhəri ərazisində 14 nəfər ölümü, 18 nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası ilə yadda qaldı.

Oxuməni.az son bir ildə dünyada baş verən ən böyük avtobus qəzaları ilə bağlı hadisələri təqdim edir.

Avqustun 3-də Malinin inzibati mərkəzi Seqou şəhərindən 20 kilometr aralıda avtobus və yük maşını toqquşub. Qəza nəticəsində 37 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

İyulun 19-da Pakistanın şərqindəki Pəncab əyalətində sərnişin avtobusu ağır yük avtomobili ilə toqquşub, nəticədə ən azı 27 nəfər ölüb, 30-dan çox adam yaralanıb.

İyulun 10-da Əlcəzairin şimal -şərqində Konstantin şəhərinə gedən turistləri daşıyan avtobusla qoşqulu yük maşını toqquşub. 18 nəfər ölüb, 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İyulun 4-də Mozambikdə bir avtobus iki yük maşını ilə toqquşub. 31 nəfər ölüb, 11 nəfər ağır yaralanıb.

Aprelin 14 -də Misirin Assiut əyalətində avtobus və yük maşını toqquşub. Ən azı 20 nəfər ölüb, daha üç nəfər yaralanıb.

Martın 15-də Efiopiyanın şimalındakı Amhara bölgəsində Qondardan Əddis -Əbəbəyə gedən avtobus yük maşını ilə toqquşub. Toqquşma nəticəsində 30 nəfər ölüb, 11 nəfər yaralanıb.

Fevralın 3 -də Qananın şimalında bir -birinə doğru hərəkət edən iki avtobus toqquşub. 17 nəfər ölüb, 44 nəfər yaralanıb.

Yanvarın 27 -də Kamerunun Dşan qəsəbəsi yaxınlığında avtobus yanacaq daşıyan yük maşını ilə toqquşub. Qəzadan sonra avtomobillər yanıb. 53 nəfər ölüb, 29 nəfər yaralanıb.

Yanvarın 25-də Braziliyada səhər saatlarında Parana əyalətində dağ yolu ilə gedən avtobus idarəetməni itirərək magistral yoldan aşıb. Avtobusda ümumilikdə 54 sərnişin və iki sürücü olub. 19 nəfərin ölümü ilə nəticələnən qəzada 33 nəfər yaralanıb, onlardan 7-si ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Yanvarın 10-da Nigeriyanın şimal -şərqində bir avtobus və minik avtomobili toqquşub. Qəza nəticəsində 20 nəfər ölüb, daha iki nəfər yaralanıb.

27 dekabr gecəsi Kamerunun qərbində, Nemale kəndində bir avtobus yük maşını ilə toqquşub. Qəzada 37 nəfər həyatını itirib, 18 nəfər yaralanıb.

23 dekabrda Boliviyada avtobus təxminən 100 metr yüksəklikdən aşıb. Ən azı 12 nəfər ölüb, 26 nəfər yaralanıb.

Dekabrın 19-da səhər Banqladeşin şimalında avtobus qatarla toqquşub. Hadisə nəticəsində avtobusun sərnişinlərindən 10 nəfər yerindəcə ölüb, daha iki qurban xəstəxanada ölüb, üç nəfər yaralanıb.

4 dekabrda Braziliyanın cənub-şərqində bir avtobus 35 metrlik keçiddən aşıb. 17 nəfər ölüb, 23 sərnişin yaralanıb.

Noyabrın 25 -də Braziliyanın San Paulo əyalətində avtobus və yük maşını toqquşub. 32 nəfər ölüb, 15 nəfər yaralanıb.

Oktyabrın 11-də Taylandda Samut Prakan əyalətindən Buddist məbədlərindən birinə gedən təxminən 60 adamı daşıyan avtobus qəza törədib. 20 nəfər ölüb, 30 -dan çox adam müxtəlif dərəcəli xəsarət alıb.

Sentyabrın 27-də Kalininqrad vilayətində avtobusu ilə qum olan yük maşını toqquşub. Doqquz yaşlı bir uşaq da daxil olmaqla altı nəfər ölüb. 15 nəfər yaralanıb.

Sentyabrın 22 -də Xabarovskda avtobus çevrilib, yol qəzası nəticəsində biri uşaq olmaqla 45 nəfər yaralanıb. Sentyabrın 12-də, Almaniyada Hamburqa doğru hərəkət edən avtobus qəza törədib. Yol qəzası nəticəsində 31 nəfər yaralanıb.

Avqustun 11-də Meksikada Mexikodan Toluca şəhərinə gedən magistral yolda avtobus aşıb. Yol qəzası nəticəsində 10 nəfər ölüb, 25 nəfər yaralanıb. Axar.az