Uşaq sahibi olmaq istəyən qadınları müalicə edən həkimin  21 uşağın atası olduğu üzə çıxdı

Uşaq sahibi olmaq istəyən qadınları müalicə edən həkimin 21 uşağın atası olduğu üzə çıxdı

2 Fevral 2022 11:33
Bəyəndim (0) Bəyənmədim (0)

Niderlandda böyük bir qalmaqal yaşanır.

Oxuməni.az xəbər verir ki, Niderlandda yaşayan kişi ginekolok həkimin müalicə etdiyi xəstələrdən ən azı 21 uşağı olduğu üzə çıxıb. Belə ki, 1973-1986-cı illərdə Hollandiyanın Leiden şəhərində ginekoloq kimi çalışan Dr. Jos Beekin müalicə zamanı öz spermasından istifadə etdiyi və ən azı 21 uşağın atası olduğu məlum olub. Jos Beek Hollandiyada uşaq sahibi olmaq istəyən qadınlar üçün donor əvəzinə öz spermasından istifadə edən 3-cü həkim kimi tarixə düşüb.

Olay insanlara bioloji ailələrini tapmağa kömək edən Fiom Fondunun 21 uşaqda DNT uyğunluğu olduğunu aşkar etməsindən sonra üzə çıxıb. Araşdırmalar nəticəsində 21 ananın Elisabeth Xəstəxanasında ginekoloq Jas Beek tərəfindən müalicə olunduqdan sonra uşaq dünyaya gətirdiyi müəyyən edilib.

Beekin öz evliliyindən olan rəsmi uşaqlarından birinin DNT-si müalicədən sonra doğulan 21 uşaqla eyniləşdikdən sonra Fiom Fondu xəstəxanaya məlumat verib.Avropa.info