Xalq artisti Fəxrəddin Manafovun qardaşının yaşadığı ev partladı
Bu dəqiqələrdə Mətbuat prospekti 22 ünvanında güclü partlayış baş verib.
Oxuməni.az xəbər verir ki, hadisə Xalq artisti Fəxrəddin Manafovun qardaşının yaşadığı mənzildə olub. Hadisəyə səbəb qaz sızmasının olduğu bildirilir. Baş verən partlayış nəticəsində Xalq artistimizin qardaşı qolundan ağır yaralanıb. Hal-hazırda hadisə yerində FHN-nin, DİN-nin, Səhiyyə Nazirliyinin əməkdaşları birgə axtarış xilasetmə əməliyyatı keçirirlər. Oxuməni.az-ın əməkdaşları hadisə yerindədirlər və əlavə məlumat ictimaiyyətə çatdırılacaq.
Murad Şahməmmədov
Digər xəbərlər