Yasamalda su borusu partlayıb, ətrafı su basıb - VİDEO

Yasamalda su borusu partlayıb, ətrafı su basıb - VİDEO

26 Oktyabr 2022 08:53
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Yasamal rayonunda su borusu partlayıb.

Oxuməni.az xəbər verir ki, qəza baş verən borunun ətrafını su basıb, avtomobillərin gedişində çətinlik yaranıb.

“Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, Yeni Yasamal massivinin Əsəd Əhmədov küçəsindən keçən magistral su xətti partlayıb.

Qəza nəticəsində xəttə suyun verilişi dayandırılıb. Hazırda qəza briqadaları əraziyə cəlb olunub, əhaliyə suyun verilişi dayandırılıb.

Qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür.