Kazinoda yanğın azı 19 nəfərin ölümünə səbəb olub
Tailand-Kamboca sərhədində kazinoda yanğın azı 19 nəfərin ölümünə səbəb olub.
Oxuməni.az xəbər verir ki, yanğının baş verdiyi "Grand Diamond City Casino" Poipet şəhərində yerləşir. Yanğının başvermə səbəbləri hələ də araşdırılır.
"İndiyə qədər tapa bildiyimiz cəsədlərə və qalıqlara əsasən, 19 nəfər ölüb", kazinonun yerləşdiyi Banteay Meanchey əyalətinin sözçüsü bildirib. O əlavə edib ki, qurbanların sayı arta bilər.
Eyni zamanda, yerli media rəsmi məlumatlardan xeyli fərqlənən rəqəmlər verirlir.
E. Axund, Oxuməni.az
Digər xəbərlər





























































































