Betonqarışdıran maşın körpüdən aşdı

Betonqarışdıran maşın körpüdən aşdı

29 Dekabr 2022 11:03
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə Kocaelinin Başiskele rayonunda betonqarışdıran maşının körpüdən aşması nəticəsində 3 nəfər xəsarət alıb. Betonqarışdıran maşın Karadenizliler Mahallesi D-130 şosesi Gölcük istiqamətində irəliləyən Erkan Y-nin idarə etdiyi avtomobillə toqquşub. Məlumata görə maşın 10 metr hündürlükdən körpüdən aşıb. Nəticədə partlayan betonqarışdıran maşın körpünün üzərindəki barmaqlıqlardan keçərək yol kənarında yerləşən avtoservisin divarına çırpılaraq bağçaya düşüb. Qəzada beton qarışdırıcının sürücüsü İdris K., oğlu Kazım K. və digər avtomobil sürücüsü Erkan Y. yaralanıb. Hadisə yerinə polis, yanğınsöndürənlər və tibb işçiləri göndərilib. Yanğınsöndürənlər tərəfindən sıxışdıqları yerdən xilas edilən yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb. Qəza zamanı avtoservisin divarı ciddi zədələnib.

Murad Şahməmmədov