Əlində fişəng partladı: qolsuz qaldı

Əlində fişəng partladı: qolsuz qaldı

1 Yanvar 2023 19:17
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliyada Yeni il gecəsi baş verən pirotexniki partlayışlar nəticəsində 180-ə yaxın insan xəsarət alıb.

Oxuməni.az xəbər verir ki, bu barədə bazar günü respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, 48 zərərçəkən xəstəxanaya yerləşdirilib, onlardan 11-nin vəziyyəti ağır qiymətləndirilir.

Ən ağır hadisələr Neapol və Milanda qeydə alınıb. Romada 59 avtomobil yandırılıb.

Qurbanlar arasında 50 azyaşlı var. İtaliyanın cənubundakı Tarantoda işəng partlaması nəticəsində aldığı xəsarətlər səbəbindən 10 yaşlı uşağın qolu amputasiya edilib. Modern.az