Almatıya uçan təyyarədəkilər  son anda ölümdən dönüblər

Almatıya uçan təyyarədəkilər son anda ölümdən dönüblər

2 Yanvar 2023 21:17
Bəyəndim (0) Bəyənmədim (0)

Daşkənd-Almatı marşrutu ilə uçan "Air Astana" aviaşirkətinə məxsus təyyarə güclü hava boşluğu zonasına düşüb.

Oxuməni.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, hadisə nəticəsində 7 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Bu gün aviaşirkət Daşkənd-Almatı marşrutu üzrə KC 128 reysini həyata keçirib. Təyyarə yerli vaxtla saat 14:35-də havaya qalxıb. Uçuş zamanı təyyarə qəflətən güclü hava boşluğu zonasına düşüb. İlkin məlumata əsasən, 7 nəfər xəsarət alıb", - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, təyyarə yerli vaxtla saat 16:45-də Almatıda eniş edib.

"Təyyarənin heyəti sərnişinlərə ilkin tibbi yardım göstərib. Pilotlar hadisə barədə hava limanının xidmətlərinə məlumat veriblər. Təcili yardım maşınları yardım göstərmək üçün hava limanında sərnişinləri gözləyiblər", - deyə açıqlamada bildirilir.

Bildirilir ki, aviaşirkət baş verən hadisədən təəssüflənir və reysin sərnişinlərinə hər cür köməklik göstərəcək:

"Hadisə ilə bağlı səlahiyyətli orqanlar tərəfindən araşdırma aparılacaq".axar.az