FHN: "Partlayış olan mərtəbədəki bütün mənzillər tamamilə dağılıb"

FHN: "Partlayış olan mərtəbədəki bütün mənzillər tamamilə dağılıb"

3 Yanvar 2023 00:19
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış nəticəsində 17 mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən bütün mənzillər partlayışın təsirindən tamamilə dağılıb".

Oxuməni.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Əkbər Novruzov deyib.

Onun sözlərinə görə, partlayışın baş vermə səbəbləri ilə bağlı həm FHN, həm də digər hüquq-mühafizə orqanlarının əməliyyat istintaq qrupları hadisə yerində təhqiqat işləri aparır.