Uşaq arabasında yatan körpənin üzərinə 10 kiloluq bağlama qoydular

Uşaq arabasında yatan körpənin üzərinə 10 kiloluq bağlama qoydular

5 Yanvar 2023 10:47
Bəyəndim (0) Bəyənmədim (0)

İsveçdə bir kuryer evin qarşısında uşaq arabasında yatan körpənin üzərinə 10 kiloluq bağlama qoyub. Uşaq arabasının üstündə bağlamanı tapan ana hadisəni fotolar çəkərək sosial şəbəkələrdə paylaşıb.

İsveçli bir sosial media fenomeninin paylaşdığı hadisədə adı açıqlanmayan ana körpəni uşaq arabasında yatmaq üçün evin bir qədər kənarında qoyub və geri qayıdanda sifariş verdiyi 10 kiloluq bağlamanı körpənin yatdığı arabnın üzərinə qoyuluduğunu görüb.

Hadisənin fotosunu sosial şəbəkədə paylaşan ana “Təbrik edirəm, 10 kiloqramlıq bağlama ilə yatmış körpəni uşaq arabasında əzən utanmaz. Allaha şükür körpə yaxşıdır! " ifadələrdən istifadə edərək çox əsəbləşib.

Xatırladaq ki, İsveç kimi bəzi Skandinaviya ölkələrində körpələrin çöldə uşaq arabasında yatması kifayət qədər adi haldır, çünki orada yaşayan insanlar soyuq havaların körpələrin sağlamlığına faydalı olduğuna çox inanırlar.

Murad Şahməmmədov