Çukotkada mənfi 48-53 dərəcəyə qədər soyuq gözlənilir

Çukotkada mənfi 48-53 dərəcəyə qədər soyuq gözlənilir

10 Yanvar 2023 10:55
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Volqa Federal Dairəsinin bölgələrində dəhşətli şaxtalar hökm sürür.

Oxuməni.az xəbər verir ki, Rusiya Federasiyası Hava Məlumatı Bürosunun məlumatına görə, bölgədə 30 dərəcədən yuxarı şaxtalar qeydə alınıb. Bazar ertəsi Ufada 39.1 dərəcə şaxta olub.

Başqırdıstan Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Departamentinin əməkdaşı deyib ki, Ufada temperatur mənfi 39,1 dərəcəyə enib. 1974-cü ildə isə əvvəlki rekord mənfi 37,6 dərəcə olub.

Yanvarın 9-da şaxta ilə əlaqədar Saratov vilayətində demək olar ki, bütün məktəblərdə dərslər ləğv edilib. Çərşənbə axşamı İjevskdə məktəblilər distans rejimdə təhsil alacaqlar. Kazanda bir neçə şəhər konkisürmə meydançası bağlanıb. Ulyanovskda bütün açıq Milad tədbirləri ləğv edilib.

Moskva, Yaroslavl, Vladimir və İvanovo vilayətlərində 35 dərəcəyə qədər şaxta proqnozlaşdırılıb.

Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru bəzi bölgələrdə anomal soyuq hava şəraitinin olacağı ilə bağlı xəbərdarlıq edib. Yakutiyada, Maqadan vilayətində və Çukotkada mənfi 48-53 dərəcə, Yamalo-Nenets və Xantı-Mansi Muxtar Dairələrində 45-47 dərəcə şaxta gözlənilir.

E. Axund, Oxuməni.az