Şiddətli fırtınada 12 nəfər həyatını itirdi

Şiddətli fırtınada 12 nəfər həyatını itirdi

10 Yanvar 2023 12:03
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Kaliforniya ştatında güclü leysan və külək 12 nəfərin həyatına son qoyub. Fırtına nəticəsində 424 minə yaxın ev və xidmət sahələri işıqsız qalıb.

Bildirilib ki, elektrik enerjisi ilə bağlı ən çox fasilələr küləyin saatda 112 kilometrə çatdığı Sakramento şəhərində baş verib. Bölgədən 2900 nəfərin təxliyə edildiyi açıqlanarkən, Kaliforniya qubernatoru Gavin Newsom 10 gündə 12 nəfərin ölümünə səbəb olan əlverişsiz hava şəraiti səbəbiylə fövqəladə vəziyyət elan etdiklərini açıqlayıb. Digər tərəfdən, meteoroloqlar “Atmosfer çayı” adlandırdıqları yeni bir fırtınanın önümüzdəki həftə əyalətdə təsirli olacağına dair xəbərdarlıq edərək, daha pis ssenarilərə hazır olmaq barədə məlumat veriblər.

Murad Şahməmmədov