Rusiyada keçmiş məhbusların işi ilə bağlı arxiv yandırıldı

Rusiyada keçmiş məhbusların işi ilə bağlı arxiv yandırıldı

10 Yanvar 2023 12:45
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Krasnodar diyarının Novokubansk şəhərində naməlum şəxslər Federal Cəzaların İcrası xidmətinin arxivini yandırıblar. Nəticədə keçmiş məhbuslarla bağlı 800 sənəd yanıb.

Kooperativ küçəsində birmərtəbəli binada yanğın yanvarın 10-da səhər saatlarında başlayıb. Yanğınsöndürənlər hadisə yerinə dərhal gəldilər və 20 dəqiqə ərzində yanğını söndürdülər. Ancaq artıq gec idi. Belə ki, 800 keçmiş məhbusla bağlı sənədlər yanaraq kül olmuşdu.

Yanğın sahəsi 20 kvadratmetr idi. Arxiv binası videomüşahidə və həyəcan siqnalları ilə təchiz olunmamışdı.

Müstəntiqlər belə hesab edirlər ki, arxiv qəsdnən yandırılıb və məqsəd keçmiş məhbuslarla bağlı izin itirilməsi olub. Arxivin də yandırılmasında keçmiş məhbuslardan hansınınsa əlinin ola bilməsi istisna edilmir.

İş üzrə istintaq başlanılıb.

Murad Şahməmmədov